Veb hostinq — saytınızın fayllarını, verilənlər bazasını və e-poçt qutularını internetdə daim əlçatan saxlayan server xidmətidir. Line Services saytınızı Azərbaycanda TIER 3 sertifikatlı data mərkəzində yerləşdirir.
Bütün serverlərimiz Azərbaycanda, TIER 3 sertifikatlı data mərkəzində yerləşir. Bu, yüksək fiziki təhlükəsizlik, sabit elektrik təchizatı və Azərbaycan istifadəçiləri üçün aşağı gecikmə (latency) deməkdir.
cPanel — hostinqinizi idarə etmək üçün istifadə olunan ən geniş yayılmış idarəetmə panelidir. Fayl yükləmə, domen əlavə etmə, e-poçt hesabları yaratma və verilənlər bazası idarəetməsini vizual interfeys vasitəsilə, kod bilmədən edə bilərsiniz. Bütün Line Services paketlərinə cPanel daxildir.
Bəli. Bütün paketlərimizə pulsuz SSL sertifikatı (Let's Encrypt) daxildir və avtomatik quraşdırılır, sayınız HTTPS üzərindən təhlükəsiz işləyir.
Backup tezliyi seçdiyiniz paketdən asılıdır — başlanğıc paketlərdə aylıq, yüksək paketlərdə isə gündəlik ehtiyat nüsxə alınır. Dəqiq şərtləri paket səhifəsində tapa bilərsiniz.
Şəxsi sayt və ya kiçik layihə üçün Startap paketi, orta trafikli saytlar üçün Premium, yüksək trafikli və ya çoxsaylı sayt üçün Biznes paketi uyğundur. WordPress əsaslı saytlar üçün isə xüsusi WordPress Hostinq paketlərimiz var.
WordPress Hostinq paketlərimiz xüsusi olaraq WordPress üçün optimallaşdırılıb — daha sürətli yüklənmə, WordPress-ə uyğun server konfiqurasiyası və (yüksək paketlərdə) WooCommerce dəstəyi təqdim edir.
Korporativ email sizə @sizinbrend.az formatında peşəkar e-poçt ünvanı yaratmağa imkan verir (məs. info@sizinbrend.az). Bu, brendinizin etibarlılığını artırır və pulsuz gmail/mail ünvanlarından fərqli olaraq, şirkətinizin domeni ilə tam uyğunlaşır.
Dəstək kanalları paketinizdən asılı olaraq dəyişir — bütün paketlərdə e-poçt dəstəyi mövcuddur, yüksək paketlərdə isə 7/24 canlı çat və şəxsi köməkçi dəstəyi də daxildir.
Ödənişlər Azərbaycan manatında (AZN) qəbul olunur və xidmət panelimiz (panel.lineservices.az) üzərindən idarə edilir.
Hostinq dəyişikliyi (migration) zamanı komandamız sizə köməklik göstərir. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
Bəli, ehtiyaclarınız artdıqca istənilən vaxt daha yüksək paketə keçid edə bilərsiniz.