Haqqımızda

Yeni yaradılmış Line Services şirkəti, Azərbaycanda yüksək performanslı veb hostinq həlləri üzrə ixtisaslaşmış texnoloji startapdır. Biz etibarlı, optimallaşdırılmış və fasiləsiz işləyən hostinq xidmətləri ilə bizneslərin və fərdi istifadəçilərin ehtiyaclarını qarşılayırıq. İstər şəxsi bloq, istərsə də genişmiqyaslı korporativ layihəniz olsun, Line Services sizə güvənə biləcəyiniz dayanıqlı və güclü infrastruktur təqdim edir.

Biz Line Services olaraq, yalnız yüksək performanslı serverlərdən istifadə edirik və təcrübəli mühəndis komandamız tərəfindən 24/7/365 fasiləsiz monitorinq aparırıq. Serverlərimiz Azərbaycanda TIER 3 sertifikatlı data mərkəzində yerləşir və məlumatlarınızın maksimum təhlükəsizlik, dayanıqlılıq və əlçatanlıqla qorunmasını təmin edir.

"LINE SERVICES" MMC 17.02.2025 tarixindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən rəsmi host provayder kimi uçota alınıb (uçot nömrəsi: 172) və fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun həyata keçirir. Nazirliyin rəsmi reyestrinə baxın.

Line Services – sürət, etibarlılıq bir arada!